PABLO PİKASSO – “HƏYAT”

Pablo Pikassonun solğun mavi tonlarda çəkilmiş əsəri “La Vie”, yəni “Həyat” rəssamın sənət həyatındakı Mavi Dövr (“The Blue Period”) adlandırılan perioda aid əsərlərdəndir. Pikasso 1901-ci ildən 1904-cü ilədək, təqribən 3 il davam edən Mavi Dövr boyunca mavinin müxtəlif tonlarından istifadə edərək cəmiyyətdən təcrid olunmuş və kasıb təbəqədən insanları və mövzuları kədərli, özünəqapanıq, hətta depressiv formada... Continue Reading →

Vinsent van Qoq | Son Məktublar 2

Teo van Qoq və Yo van Qoq-Bonger-ə (21 May, 1890-cı il ərəfəsi) Əziz Teo və Yo , Əvvələn digər məktubumda buradakı adresimi verməyi unutmuşam. Keçici adresim: Bələdiyyə Meydanı, Ravoux-un mehmanxanasıdır. [1] Bir də hələ ki heç bir şey etmədiyimi yazmışdım. İndi isə köhnə qamış damları təsvir edən eskizim var, ön planda çiçək açmış noxud və... Continue Reading →

Vinsent van Qoq | Son Məktublar 1

Teo van Qoq və Yo van Qoq-Bonger’ə (20 May 1890-cı il) Əziz Teo və əziz Yo [1], Yo ilə tanış olduqdan sonra sadəcə Teoya xitabla yazmaq mənim üçün olduqca çətindir, digər tərəfdən ümid edirəm ki, Yo məktublarımı fransızca yazmağıma icazə verəcək, çünki cənubda keçirdiyim iki ildən sonra deyəcəklərimi həqiqətəndə ən yaxşı bu şəkildə ifadə edə... Continue Reading →

Orta Əsr Avropa Sənəti

"Orta Əsr" deyəndə nəyi nəzərdə tuturuq? Orta Əsrlər tayı bərabəri olmayan bir tarixi dönəmdir. Orta Əsrlər Avropa və Yaxın Şərqin Antik dönəmdən sonra gələn və Yeni Dönəmdən əvvəlki dövrünə deyilir. Tarixin Antik və Yeni dönəmlər olaraq ikiyə bölünməsi ilk olaraq 1330-cu illərdə Françesko Petrarka tərəfindən təqdim edilir. Bu bölünməni qısa olaraq anlatacaq olsaq, ilk dönəm(Antik)... Continue Reading →

“Sənət” Nədir?

Həyatın içindən çıxan bir insan fəaliyyəti olaraq sənətin insanlıqla həmyaşıd olduğunu deyə bilərik. Elm kimi sənət də, insanın öyrənmə həvəsindən, təbiət hadisələrinə hakim olmaq istəyindən doğulub. Qədim zamanlardan bu günə qədər “sənət” sözünün zaman içində əldə etdiyi mənalar dəyişsə də insanoğlunun ortaya qoyduğu məhsulların, təbiətin məhsullarına qarşı üstün olmasına səbəb, texniki ustalıq və hisslər vasitəsiylə... Continue Reading →

Emile Durkheim və Fəlsəfəsi

Bu yazını yazmaqda məqsəd intiharın individual yox sosial məsələ olduğunu izah etməkdir. Bunun üçün əvvəlcə Durkheim və onun fəlsəfəsi, sosialogiya, kollektiv yaşam zərurəti və kollektiv yaşamın tənzimlənməsi haqqında müəyyən şeyləri bilmək Durkheima görə intihar və anomiyanı anlamaq üçün faydalı olacaq. Ona görə də bu yazını 2 hissədə yazmağı qərara aldım. 1ci hissə Durkheim və fəlsəfəsi,... Continue Reading →

Dostoyevskinin “Oxşar” adlı novellası və Lacanın “Başqası” anlayışı

  “İstək hər zaman ‘Başqas’ının  təsiridir, bütünləşilə bilməyən bir ‘başqası’, çünki Başqası bir şəxs deyil, bir yer, qanunların özü, dil və simvolik olandır. İstək dil və şüuraltının təsiridir.” Jacques Lacan Dostoyevski Oxşar adlı əsərində getdikcə şəhərləşən toplumlarda fərdlərin içində vurnuxacağı şəxsiyyət problemini əvvəlcədən görür. Hadisələr 1800-cü illərdə, Rusiyanın paytaxtı Petersburqda baş verir. Qolyadkin yeddi ay... Continue Reading →

Başsağlığı

..siz lap adamı dəli edərsiz. “Xaos” adlı televiziya tamaşasından Məclis getdikcə daha da qızışırdı. Yarım saat əvvəl əlində qədəh quzu kimi oturanları indi ortalıqdan yığışdırmaq olmurdu. Biraz əvvəlki sakit adamlar indi köynəklərinin yaxası açılmış, tərli əzik-üzük ətəkləri şalvarın üstünə sallanmış, qolları səliqəsiz çırmalanmış, peysərlərində əl dəsmalları gözlərini yumub, tullanıb düşürdülər. Qalib ad gününün belə maraqlı, hərəkətli... Continue Reading →

Amadeo Modilyani | Anna Axmatova

Onu mənim tanıdığımdan fərqli təsvir edənlərə çox inanıram, ki birincisi - mən onun təbiətinin yalnız bir cəhətini ( parlaq) tanıya bilərdim, axı mən sadəcə yad, güman ki, öz növbəmdə, anlaşılmaz iyirmi yaşlı qadın, əcnəbi idim, ikincisi – biz 1911-ci ildə görüşdüyümüz zaman mən özüm onda böyük dəyişiklik müşahidə etmişdim. O, bir növ, tam tutqunlaşmış və cılızlaşmışdı. 1910-cu illərdə onu son dərəcə... Continue Reading →

“Fəryad” – Edvard Munk

Bir yol boyunca iki dostumla birlikdə irəliləyirdim Günəş batırdı Qəfildən səmanın qan qırmızısına büründüyünü gördüm Mən dayandım,  əldən düşmüş bir halda çəpərə söykəndim Mavi-qara  fyordun[1] və şəhərin üzərində qan və alov dilləri vardı Dostlarım yollarına davam etdilər və mən təşvişdən titrəyərək orada qaldım Və təbiətdən keçən sonsuz fəryadı hiss etdim. Edvard Munk yuxarıdakı şeirini 1895-ci ildə... Continue Reading →

Blog at WordPress.com.

Up ↑